Faiq Ağayev: "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə...”

Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, müğənni deyib:

 

"Nə kimi əməlisalehlik etmisiniz ki, bu həyatda?

 

- Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.

 

- Zorlanan qıza yox, cinayətkara can yandırdınız.

 

- Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçitək göz dikib, "haramla yığıb da!" dediniz.

 

- Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.

 

- Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

 

İndi də intihar edənləri araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz.

 

Yaradana ən böyük itaətsizlik edənin, Ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar”.

Tarix: 22 Fevral 2021, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin