Tərtərdə mülki şəxs minaya düşdü

Tərtərdə mülki şəxs minaya düşüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 22 Fevral 2021, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin