“Xalqın ağır durumunda onları talan etmişlərlə qanuni dildə danışmaq yersiz və faydasızdır” - Aslan İsmayılov

"Bir müddət əvvəl Azərbaycan İnvestisiya Holdinqi yarandı və onun tərkibinə Azərbaycan dövlətini və xalqını talan edən iri Dövlət şirkətləri daxil edildilər. AZAL, “Azərbaycan Dəmir Yolları”, “Azərsu”, “Azərişıq”, “Azəristiliktəczihat” və digərilərinin idarə edilməsi artıq bu holdinqə aiddir. Hələ “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi daxil olmaqla bir neçəsi kənarda qalsa da, bu addımı düzgün sayıram, çünki bunların başında duranlar bu dövlət şirkətlərini öz mülkləri kimi idarə edib və Dövlətin qarantiyası ilə xaricdən milyardlarla kredit götürüblər".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov hesab edir ki, bu təşkilatların xaricdən götürdükləri borclar həmin şirkətlərin o pulların xərclənməsi zamanı başında duranlar hesabına ödənilməlidir: "Ona görə ki, normal idarəçilikdə və həmin pullar təyinatı üzrə xərclənsə, çoxdan qazanc hesabına ödənməli idi. O pullar isə sadəcə mənimsənildi. Bilirəm ki, bir çoxları bir hüquqşünasın belə yanaşmasını düzgün hesab etməyəcəklər. Ona görə də bildirirəm ki, Azərbaycan dövlətinin və xalqının bu ağır durumunda onları talan etmişlərlə qanuni dildə danışmaq yersiz və faydasızdır".

Tarix: 22 Fevral 2021, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin