Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO

Artıq bir müddətdir ki, Azərbaycanda yeni növ sürücülük vəsiqələrinin verilməsinə başlanıb. Yeni vəsiqələrdə bəzi dəyişkliklər edilib. Belə ki, bu vəsiqələrin təmassız oxunması mümkün olacaq. Yeni vəsiqələrə kateqoriyalarla bağlı da əlavələr edilib.

 

Pravda.az xəbər verir ki, yeni vəsiqələr sayəsində vətəndaşlarımızın xarici ölkələrdə üzləşdiyi daha bir problem də arada qalxacaq.

 

Ölkəmizdə yeni növ sürücülük vəsiqələri əvvəlkindən fərqlənir.

 

Yeni sürücülük vəsiqəsi dizaynına və rənginə görə də digərlərindən seçilir. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Namidan Piriyev bildirir ki, yeni növ sürücülük vəsiqələri İSO/ İEC 7810 kimlik kartlarının fiziki xüsusiyyətlərinə dair beynəlxalq standartların tələblərinə cavab verir.

 

Daha bir yenilik isə kateqoriyalarla bağlıdır.

 

Namidan Piriyev vurğuladı ki, Artıq yeni vəsiqənin sayəsində vətəndaşlarımızın ölkə xaricində yaşadığı əsas problemlərdən biri də aradan qalxacaq.

 

Namidan Piriyev qeyd etdi ki, yeni növ milli vəsiqələr beynəlxalq konvensiyaya üzv olan ölkələrin ərazisində tanınır. Digər ölkələrə səfər edən vətəndaşlar beynəlxalq sürücülük vəsiqələri də ala bilərlər. Şöbə rəisi vurğuladı ki, beynəlxalq vəsiqlər milli vəsiqələrlə birlikdə təqdim olunarsa, etibarlı sayılacaq.

 

Tarix: 23 Fevral 2021, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin