BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ölən şri-lankalı tələbə qızların FOTOLARI

Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən üç əcnəbi qızın kimliyi məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, onlar Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir.

 

Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

 

Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində üç nəfər tüstüdən zəhərlənərək ölüb.

 

Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Fotoları təqdim edirik
Tarix: 10 Yanvar 2020, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin