BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda partiya sədrlərinin koronaviru əleyhinə vaksinasiyası başladı

Azərbaycanda siyasi partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyası başlayıb.

Pravda.az xəbər verir ki, peyvəndləmə Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Bunun üçün xəstəxana lazımi tibbi avadanlıqlarla təmin edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.


Tarix: 23 Fevral 2021, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin