BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycana yalvarırlar ki…”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov sualları cavablandırıb.

 

Onunla müsahibəni təqdim edirik:

 

- Səməd müəllim, Ermənistanda revanşistlərin, millətçilərin mitinqi uğursuzluqla nəticələndi. Bunu erməni cəmiyyətinin “Qarabağ klanı”na münasibəti kimi dəyərləndirmək olarmı?

 

- Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə Ermənistanı elə bir vəziyyətə salıb ki, onun müxalifəti də, iqtidarı da heç bir normal gələcək mövzusunu gündəmə gətirə bilmir. Bunun səbəbini erməni cəmiyyəti də yaxşı bilir. 30 illik işğal siyasəti onların gələcək perspektivlərini alt-üst edib. Artıq Ermənistanda da insanlar bunu dərk etməlidirlər. İndiki erməni müxalifətinin yeni nəsə təklif etməsi qeyri-mümkündür. 30 ildə nə etmişdilər? Erməni cəmiyyətinin inkişafı üçün hansı addımlar atılmışdı? İşğal, təcavüz, talançılıq siyasəti nəticədə öz xalqına da ziyan vurub. Ermənistanın bütün var-dövlətini talayıb, oğurlayıb ölkələrini regional əməkdaşlıqdan, mümkün iqtisadi imkanlardan tamamilə məhrum etdilər. İndiki iqtidarın da Ermənistanı hansı vəziyyətə saldığını bütün dünya gördü. Ona görə erməni cəmiyyəti də artıq düşünməlidir ki, Ermənistanda aparılan siyasət kökündən dəyişməlidir. Təəsüflər olsun ki, indiki Ermənistan iqtidarının buna heç bir imkanı yoxdur. Real müxalifətin isə belə bir gücü mövcud deyil. Ermənistan isə bu vəziyyətdə uzun müddət dayana bilməz. Real hakimiyyət vəziyyəti düzgün dərk edib zəruri qiymətləndirmə aparmalıdır. Artıq Ermənistan hakimiyyəti oyun oynamaqdan qurtarmalıdır. Çünki görünən odur ki, indiki iqtidar da arzu olunan münasibəti sərgiləməkdə istəkli deyil. Verilən bəyanatlar, atılan təxribatçı addımlar buna açıq misaldır. Ermənistan hazırda Azərbaycanı qıcıqlandıracaq bütün əməllərdən çəkinməlidir. Azərbaycanın sülhməramlıların nəzarətində olan torpaqlarında olan qeyri-qanuni hərəkətlərə belə son qoyulmalıdır. Onlar nə qədər tez işğalçılıq fəlsəfəsindən əl çəkərlərsə, o qədər tez hansısa gələcəkdən danışa bilərlər.

 

- Erməni müxalifətinin son vaxtlar Qərbə meyilli addımlar atmasının səbəbi nədir?

 

- Erməniləri indiyə kimi böyük qardaş dedikləri Rusiya himayə edirdi. Onları az qala ovucunun içində saxlayırdı. Amma bu dövr başa çatıb. Ermənistan Rusiya ilə bir təşkilatda təmsil olunsa da proseslər dəyişib. Müxalif erməni fraksiyası açıq şantaj yolunu tutub. İfadələri də odur ki, guya bizə dəstək verməsəniz, hazırkı hakimiyyət necə vaxtilə sizdən üz döndərib Qərbə istiqamət almışdısa, biz də bunu edə bilərik. Əslində isə onların belə bir imkanları da yoxdur. Onlar sadəcə öz problemlərinin girdabında ilişib qalıb. Belə olan məqamda onlar tək Azərbaycana qarşı provakativ bəyanatlar vermir. O cümlədən. Rusiya tərəfinə mesajlar ünvanlayırlar ki, məqsədlərinə nail olsunlar. Əsas hədəfləri də gündəmdə qalmaqdadır. Bununla Ermənistanın siyasi gündəmindən də düşmək istəmirlər. Eyni zamanda real hakimiyyətə təsir imkanlarını da saxlamaq niyyətindədirlər. Hazırda bu imkanlar əldən çıxması deyə canfəşanlıq edirlər.

 

- Ermənistan iqtidarının əldə olunmuş razılıqla bağlı son bəyanatını necə dəyərləndirmək olar?

 

- Ermənistanda hazırda bu məsələlərə dürüst qiymət verməkdə çətinlik çəkirlər. Bir tərəfdən əldə olunmuş razılaşma ilə bağlı bəyanatlar verilir. Digər tərəfdən isə provakativ addımlar atılır. Başqa tərəfdə isə Azərbaycana yalvarırlar ki, onlara kömək olunsun. Digər yandan da ərazilərin minalarla bağlı xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən boyun qaçırırlar. Bu yanlış siyasətdir. Erməni tərəfi məğlubiyyəti qəbul edib sona kimi normal siyasat aparmaq iqtidarında olmadığını nümayiş etdirir.

 

Teleqraf.com

Tarix: 23 Fevral 2021, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin