“Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Ankarada bu gün bir araya gəldilər. Azərbaycan müxtəlif üçtərəfli formatlarda iştirak edir, bu da onlardan biridir. Çavuşoğlu ortaq mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib. Birincisi, Çavuşoğlu deyib ki, “Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik”. Bəli, Ankara illərdir Türkmənistanla Azərbaycan arasındakı mübahisələrin həllinə çalışırdı. Çavuşoğlu bildirib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır. Türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə, Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İkincisi, Çavuşoğlu mətbuat konfranslnda deyib ki, ““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”. Bundan hər kəsin qazanacağını bildirən türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb. Bölgədə yeni altılıq formatının (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) yaradılması ideyasını Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında səsləndirmişdi. Altılıq formatı hamının xeyrinədir, sadəcə 2008-ci il müharibəsinin nəticəsinə görə Rusiya Gürcüstanın torpaqlarını – Cənubi Osetiya və Abxaziyanı ələ keçirib və “müstəqilliklərini” tanıyıb. Müharibənin digər nəticəsinə görə Gürcüstanla Rusiya arasında diplomatik münasbətlər də kəsilib və bu vaxta qədər bərpa olunmayıb. Belə vəziyyətdə Gürcüstan Rusiyanın iştkirak etdiyi altılıq formatında necə iştirak edəcək? Əlbəttə, Ankara bunun bir yolunu tapmağa çalışacaq, ancaq bu xeyli zaman alacaq.
Üçüncüsü, Çavuşoğlu mətbuat konfransında yenidən Ermənistana çağırış edib: “Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var. Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”. Təəssüf ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir. Bu bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq” – E.Şahinoğlu qeyd edib.
5 Oktyabr 18:28
5 Oktyabr 18:25
5 Oktyabr 18:22
5 Oktyabr 18:21
5 Oktyabr 18:14
5 Oktyabr 18:11
5 Oktyabr 18:07
5 Oktyabr 18:01
5 Oktyabr 17:51
5 Oktyabr 17:48
5 Oktyabr 17:46
5 Oktyabr 17:43
5 Oktyabr 17:40
5 Oktyabr 17:35
5 Oktyabr 17:34
5 Oktyabr 17:28
5 Oktyabr 17:10
5 Oktyabr 17:07
5 Oktyabr 17:00
5 Oktyabr 16:51
5 Oktyabr 16:49
5 Oktyabr 16:48
5 Oktyabr 16:41
5 Oktyabr 16:30
5 Oktyabr 16:29
5 Oktyabr 16:27
5 Oktyabr 16:20
5 Oktyabr 16:13
5 Oktyabr 16:11
5 Oktyabr 16:04
5 Oktyabr 15:54
5 Oktyabr 15:38
5 Oktyabr 15:23
5 Oktyabr 15:23
5 Oktyabr 15:21
5 Oktyabr 15:16
5 Oktyabr 15:13
5 Oktyabr 15:10
5 Oktyabr 15:02
5 Oktyabr 14:58
5 Oktyabr 14:40
5 Oktyabr 14:33
5 Oktyabr 14:21
5 Oktyabr 14:19
5 Oktyabr 14:15
5 Oktyabr 14:12
5 Oktyabr 14:08
5 Oktyabr 14:06
5 Oktyabr 14:00
5 Oktyabr 13:45
5 Oktyabr 13:42
5 Oktyabr 13:36
5 Oktyabr 13:35
5 Oktyabr 13:22
5 Oktyabr 12:58
5 Oktyabr 12:53
5 Oktyabr 12:51
5 Oktyabr 12:48
5 Oktyabr 12:38
5 Oktyabr 12:37
5 Oktyabr 12:30
5 Oktyabr 12:27
5 Oktyabr 12:20
5 Oktyabr 12:15
5 Oktyabr 12:12
5 Oktyabr 12:08
5 Oktyabr 12:01
5 Oktyabr 11:53
5 Oktyabr 11:45
5 Oktyabr 11:43
5 Oktyabr 11:38
5 Oktyabr 11:31
5 Oktyabr 11:22
5 Oktyabr 11:15
5 Oktyabr 11:14
5 Oktyabr 11:11
5 Oktyabr 11:11
5 Oktyabr 11:09
5 Oktyabr 11:07
5 Oktyabr 11:00
5 Oktyabr 10:57
5 Oktyabr 10:50
5 Oktyabr 10:45
5 Oktyabr 10:38
5 Oktyabr 10:36
5 Oktyabr 10:28
5 Oktyabr 10:19
5 Oktyabr 10:16
5 Oktyabr 10:14
5 Oktyabr 09:41
5 Oktyabr 09:39
5 Oktyabr 09:34
5 Oktyabr 09:34
5 Oktyabr 08:59
5 Oktyabr 08:57
5 Oktyabr 08:48
5 Oktyabr 08:43
5 Oktyabr 08:33
5 Oktyabr 08:28
5 Oktyabr 07:50
5 Oktyabr 07:48
5 Oktyabr 06:56
5 Oktyabr 01:13
5 Oktyabr 01:09
5 Oktyabr 01:07
5 Oktyabr 00:15
4 Oktyabr 23:06
4 Oktyabr 22:45
4 Oktyabr 21:42
4 Oktyabr 20:42
4 Oktyabr 19:29
4 Oktyabr 18:40
4 Oktyabr 16:14
4 Oktyabr 16:09
4 Oktyabr 14:59
4 Oktyabr 12:33
4 Oktyabr 12:26
4 Oktyabr 12:14
4 Oktyabr 12:12
4 Oktyabr 11:18
4 Oktyabr 11:08
4 Oktyabr 11:08
4 Oktyabr 09:23
4 Oktyabr 09:20
4 Oktyabr 09:19
4 Oktyabr 00:47
4 Oktyabr 00:45
4 Oktyabr 00:44
4 Oktyabr 00:43
4 Oktyabr 00:40
3 Oktyabr 20:34
3 Oktyabr 20:33
3 Oktyabr 20:30
3 Oktyabr 19:30
3 Oktyabr 19:12
3 Oktyabr 17:40
3 Oktyabr 17:09
3 Oktyabr 16:28
3 Oktyabr 15:56
3 Oktyabr 15:21
3 Oktyabr 14:21
3 Oktyabr 14:10
3 Oktyabr 14:10
3 Oktyabr 13:48
3 Oktyabr 13:23
3 Oktyabr 13:16
3 Oktyabr 13:10
3 Oktyabr 12:39
3 Oktyabr 12:35
3 Oktyabr 12:19
Ən son xəbərləri səhifəmizdən də izləyin