BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekoloq: “Şaxtalı hava çiçəkləyən ağacların hamısını məhv edəcək”

“Şaxtalı hava çiçəkləyən ağacların hamısını məhv edəcək. Azərbaycanda, xüsusilə Bakıda belə hava şəraitinin davamlı şəkildə növbəti illərdə də müşahidə olunması gözlənilmir”.

 

Bunu Pravda.az-a açıqlamasında Ekoloq Telman Zeynalov bildirib.

 

O qeyd edib ki, bu qar şimaldan gələn Arktika küləyidir: “Sabah əriyəcək. Bu, qışla yaz arasındakı keçid dövrüdür. Əslində, bu keçid dövrü zamanı təxminən hər il belə hava şəraiti müşahidə olunub, lakin son 20-25 il ərzində Bakıda, ümumiyyətlə, belə qarlı hava ilə qarşılaşmamışdıq. Əslində, qar yağdıqdan sonra həmişə ağacların çiçəkləməsinin şahidi oluruq. Amma burada problem ondadır ki, mövcud hava şəraitindən əvvəl Azərbayca ərazisində, xüsusilə dağətəyi zonalarda istiləşmə olduğuna görə, ağaclar çiçəkləməyə başlamışdılar. Belə olan halda, şaxta, yəqin ki, hamısını məhv edəcək”.

 

Ekoloq həmçinin iqlimin bu cür kəskin dəyişməsinin səbəblərini açıqlayıb: “İqlimin belə kəskin dəyişməsi Yer qabığında çatlar əmələ gətirir ki, iqlim dəyişikliyinə zaman-zaman səbəb olan da əsas bu çatlardır. Çünki Yerin tərkibində olan metan, hidrogen qazları yuxarı qalxmaqla Ozon təbəqəsini dağıdırlar və iqlimi dəyişirlər. Belə qatlar havanın ya istiləşməsinə, ya da soyuqlaşmasına gətirib çıxarır, lakin bu barədə dəqiq söz demək olmaz, gələcəyin işidir. Əgər Ozon təbəqəsi dağılırsa, yay fəslində havalar kəskin istiləşəcək, ölüm sayı artacaq, qışda isə qəflətən soyuqlar müşahidə ediləcək. Adətən buna səbəb olaraq karbon qazını göstərsələr də,  xeyr, elə deyil. Karbon qazı olmazsa, Yer kürəsi məhv olar. Karbon qazına qarşı mübarizə aparanlar insanların sayının minimuma endirilməsinə qarşı da mübarizə aparırlar”.

Tarix: 24 Fevral 2021, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin