BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir yol sürüşdü – VİDEO

Ağsu dolaylarında sürüşməyə meyilli ərazilərdə aktivlik artıb.

 

Pravda.az-ın xəbərinə görə, bu yolda mövcud olan dörd sürüşmə nöqtəsi xüsusilə aktivləşib.

 

Sürüşməyə səbəb havaların son günlərdə yağışlı keçməsidir. Yolda iri çatlar yaranıb, bəzi nöqtələrdə yolun sağ və sol çiyinlərində çökmə baş verib.

 

Yoldan istifadə edən sürücülər sürüşmənin günü-gündən artdığını deyirlər. Sürüşmə hər dəfə təkrarlandığında isə yolun asfalt-beton örtüyündə mövcud olan çatlar genişlənir.

 

Hazırda ərazi nəzarətdə saxlanılır, bəzi nöqtələr lentlənib. Bu yoldan istifadə edən sürücülərin  qarlı-şaxtalı, dumanlı havalarda diqqətli olmağı vacibdir.

 

Tarix: 10 Yanvar 2020, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin