BURADA REKLAMINIZ OLA
BİLƏR

“Jurnalistlər üçün nəzərdə tutulan vahid vəsiqə Türkiyədə uzun müddətdir, tətbiq edilir”

“Jurnalistlər üçün nəzərdə tutulan vahid press-kartların kimə veriləcəyini, tətbiq ediləcəyi halda, təsdiq edilmiş standartlar müəyyənləşdirəcək, yəni bu məsələdə müəyyən fərdlər öz istəklərinə uyğun qərar verməyəcəklər. Məsələyə qərəzli yanaşmaq və bədgüman olmaq üçün əsas yoxdur”.

 

Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Pravda.az-a açıqlamasında deyib.

Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub, 5 nəfər ölüb - Müşfiq  Ələsgərli • Cumhuriyyət

M.Ələsgərli qeyd edib ki, bu məsələ hələ öz həllini tapmamış qərəzli fikirlərin səsləndirilməsi yolverilməzdir: “Ümumiyyətlə, vahid kartla bağlı obyektivlik məsələsinə şübhə ilə yanaşanlar - tətbiq olunmasının əleyhinə çıxanlar, “kartlar müəyyən şəxslərə güzəştli formada veriləcək” deyərək iddia edənlər yanlış fikirdədirlər. Çünki jurnalistlər üçün nəzərdə tutulan vahid vəsiqə ilk dəfə Azərbaycanda reallaşdırılmır, bu, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə, artıq uzun müddətdir ki, tətbiq edilir.  Məhz bu səbəbdən də, vahid kart sisteminin tətbiqini neqativ əməllərlə uyğunlaşdırmaq düzgün deyil. Üstəlik, tətbiq olunacağı təqdirdə, vəsiqə digər şəxsləri jurnalistik fəaliyyətdən məhrum etmir. Yəni vəsiqəni alan da, almaq istəməyən də jurnalistdir.  Həmçinin bu məsələ ölkədəki peşəkar jurnalistlər barədə statistik bazaya malik olması üçün dövlətə imkan yaradacaq.  Əlavə olaraq, vahid kart sistemi jurnalistlərə müəyyən imtiyazlar tanıyacaq. Bu imtiyazlar içərisində əsasən sosial güzəştlər nəzərdə tutulur: ictimai nəqliyyatdan pulsuz istifadə, müəyyən yerlərə pulsuz giriş, akkreditasiya məsələləri və s.”. 

 

Sədr müavini bildirib ki, jurnalistlər üçün vahid kartın kimlərə verilib-verilməməsi barədə standartlar müəyyən ediləcək: “Məsələn, Türkiyədə bu cür tələblər var: minimum 3 illik jurnalistik fəaliyyət, fəaliyyəti müddətində jurnalistlərin peşə kodeksinə sayqı ilə yanaşması və s. Beləliklə, bu cür standartlara uyğun gələn şəxslər müraciət edib kartları əldə edə bilərlər. Qısacası, Azərbaycanda da kartın kimə veriləcəyini təsdiq edilmiş standartlar müəyyənləşdirəcək, yəni bu barədə müəyyən fərdlər öz istəklərinə uyğun qərar verməyəcəklər. Təkrar edirəm, məsələyə qərəzli yanaşmaq və bədgüman olmaq üçün əsas yoxdur”.

 

M.Ələsgərlinin sözlərinə görə, kartı əldə etmək üçün qoyulan bir sıra tələblər motivasiyaedici rola malik ola bilər:  “Qeyd etdiyim kimi, məsələn, minimum 3 illik iş təcrübəsinin tələb olunması bir sıra jurnalistlər üçün stimullaşdırma xarakteri daşıya bilər. Jurnalistlər əmək münasibətlərinin rəsmiləşdirilməsinə nail olsunlar ki, vahid kart üçün sənədləşmə məsələlərində də irəliləyiş əldə etsinlər. Əmək münasibətlərinin rəsmiləşdirilməsi təkcə vahid kart əldə etmək üçün deyil, ümumən jurnalistin bütün həyatı boyunca ona lazım olur və olacaq. Gələcəkdə təqaüd yaşı çatdıqda üstünlük əldə etmək, işdə müəyyən mübahisələr yarandıqda öz haqqını tələb etmək üçün və s. Bu baxımdan motivasiyaedici bir akt kimi iş təcrübəsinin standart kimi müəyyən edilməsi vacib hesab edilir”.

 

Nəzrin

Tarix: 24 Fevral 2021, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin