BURADA REKLAMINIZ OLA
BİLƏR

DİM: Daxil olan müraciətlər araşdırılır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının həftəsonu keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan müraciətlər araşdırılır.

 

Pravda.az xəbər verir ki, bu barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

 

Məlumata əsasən, imtahanda iştirak edəcək bakalavrlara araşdırmaların nəticəsi barədə 28 fevral tarixinə qədər məlumat veriləcək.

 

Qeyd: DİM tərəfindən təşkil edilən  magistraturaya qəbul imtahanının həftəsonu (28 fevral)  keçirilməsi nəzərdə tutulub. İmtahan tarixi həftəsonları ictimai nəqliyyatını hərəkəti məhdudlaşdırıldığına görə, tələbələr tərəfindən narazılıqla qarşılanıb.

 

Nəzrin Cavid

Tarix: 24 Fevral 2021, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin