Milli Məclisin deputatı Etibar Əliyev Qarabağda xidmət edən hərbçilərin maaşlarının azaldılması məsələsinə münasibət bildirib.
Deputat Milli Məclisin son iclasında həmkarlarından birinin məsələni gündəmə gətirdiyini xatırladıb:
“Həmkarlarımdan biri söylədi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra vəziyyət radikal olaraq dəyişib: “Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi açıqlamalar verib. Tam dəqiqləşmələrdən sonra yəqin ki, bu ödənişlər olacaq. Mən də hesab edirəm ki, ödənişlər olmalıdır. Hərbçilərimiz çətin relyefdə və sərt iqlim şəraitində xidmətlərini davam etdirirlər. Yaxşı olar ki, Milli Məclis məsələyə münasibət bildirsin”.
Milli Məclisin sədri hörmətli Sahibə Qafarovanın qaldırılan bu məsələyə münasibəti rasional oldu: “Hazırda Qarabağ döyüş bölgəsi deyil.” Spiker tamamilə haqlıdır. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayandan qələbəmizlə bitənə qədər etdiyi möhtəşəm çıxışlar istər deputatların, istər politoloqların, istər diplomatların, istərsə də alimlərin istinad etdiyi yeganə mənbə olmalıdır. Prezidentin çıxışları nəfis şəkildə çap olunaraq deputatlara paylanılıb”.
E.Əliyev Prezidentin çıxılarının birindən sitat gətirib: ““Bizim qələbəmiz tarixi qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ davam edir, səhv edir”.
Aydın, lakonik və imperativ açıqlamadır. Və hörmətli Sahibə xanım münasibət bildirərkən, bizim üçün son dərəcə əhəmiyyətli olan bu fikrə istinad edib”.
Etibar Əliyev qeyd edib ki, sosial şəbəkələrdə Sahibə Qafarovanın fikrində qüsur axtaranlar söhbətin nədən getdiyindən xəbərsizdirlər.
“Əksəriyyəti urapatriotdur. Populist çıxışlar aludəçisi olanlar yaxşı bilməlidirlər ki, Dövlətimiz döyüşənlər, qazilər və şəhidlərimiz üçün əlindən gələni əsirgəmir. Mən bunun canlı şahidiyəm. Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb. Bəli, Dağlıq Qarabağ münaqişəsi bitib. İndi vəhşilər tərəfindən dağıdılmış şəhərləri və kəndləri qurub, doğma torpağımıza köç etmək mərhələsini yaşayırıq. Bu prosesə dəstək verib, təşviqatla məşğul olmalıyıq.
Siz təsəvvür edin, vəziyyət o həddə çatıb ki, kənd təsərrüfatından namizədlik dissertasiyasını müdafiə edib, siyasi elmlərə keçid alan baytar-politoloq Cümşüd Nuriyev də parlamentin spikeri haqqında şər, böhtan xarakterli ifadələr işlədir. Kin-kidurət, böhtan, qeybət, yaramazlıq bu cür adamların artıq fizionomiyasına hopub. Cümşüd Nuriyevin sosial şəbəkələrdəki tayları bu dövlətin inkişafını istəmirlər. Bulanıq suda balıq tutmağı bunlar özlərinə peşə seçiblər. Bunların cavablarını zamanında vermək lazımdır. 20-30 ildir əllərini ağdan qaraya vurmayan belə adamlar fürsət pusqusundadırlar. Əslində onların cəzasını zamanın özü verib artıq”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin