BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq” – Şentop

“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

 

“Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq”, - deyə M. Şentop vurğulayıb.

 

TBMM sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb.

 

“Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - deyə M. Şentop qeyd edib.

Tarix: 25 Fevral 2021, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin