BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan restoranına hücum edən ermənilərə 2 il həbs cəzası verildi

Moskvanın Nikulin rayon Məhkəməsi Azərbaycan restoranına hücum edən Ermənistandan olan 7 nəfərə hökm oxuyub.

 

Pravda.az xəbər verir ki, onların hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Saakyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah olaraq istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq) ilə təqsirli bilib və onları iki il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Tarix: 25 Fevral 2021, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin