BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xocalı-Tarixi Ədalət” adlı sərgi açıldı

Fevralın 24-də Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi açılıb. 

 

Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

Sərginin virtual ekspozisiyasında Nazim Məmmədovun “Dağılmış Məkan”, Bayram Qasımxanlının “Xocalı”, Cəmil Quliyevin “Xocalı qaçqını”, Mirzəağa Qafarovun “Xocalı”, Nazim Rəhmanovun “Fəryad”, Elşən Hacızadənin “Erməni vəhşiliyi”, Rafael Muradovun “Faciələrimiz” adlı Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər, eyni zamanda, “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştrakçılarının bəzi işləri nümayiş olunub.

 

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

Virtual sərgi fevralın 27-dək davam edəcək. 

Fotoları təqdim edirik
Tarix: 25 Fevral 2021, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin