BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan: “Tərəfdarlarımızı Respublika meydanına çağırıram”

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

 

Pravda.az-ın məlumatına görə, N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

 

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

 

Tarix: 25 Fevral 2021, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin