BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məgər poliklinikaların və həkimlərin sayını öyrənəndə bu, onların peşə fəaliyyətinə problem yaradır?”

"Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “REAL TV”yə müsahibə verib. Mətbuatın çoxsaylı problemlərindən və onların həlli yollarından söhbət açıb. Amma gündəmdə “jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqə verəcəyik” kəlməsidi. O müsahibəyə mən də baxmışdım və bu söhbətdən sonra yenə baxdım. Belə bir söz eşitmədim. Qəribədir, adamı demədiyi sözə görə məhşər ayağına çəkirlər. Lap efirə getməyən materiala görə telekanalın bağlanmasına oxşayır".

 

Pravda.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Natiq Məmmədli deyib.

 

O qeyd edib ki, vahid vəsiqə ideyası 2005-ci ildə irəli sürülüb: "Bu, nə üçün lazımdır? Bu, jurnalist fəaliyyətinin lisenziyalaşdırılması anlamına gəlirmi? İfadə azalığına ziddirmi? Hər üç sualın cavabı belədir -“YOX”. Bu, jurnalistin sosial statusunu müəyyən etmək üçün lazımdır. Tutaq ki, ən azından müəyyənləşsin ki, Azərbaycanda nə qədər KİV var, nə qədər jurnalist var. Məgər poliklinikaların və həkimlərin sayını öyrənəndə bu, onların peşə fəaliyyətinə problem yaradır? Cibində ağıllı telefon gəzdirən, sosial şəbəkə hesabı olan hər kəs informasiya daşıyıcısıdır. Kimsə küçədə baş vermis qəzanı çəkib paylaşmaq üçün heç kimdən lisenziya almır və buna ehtiyac da yoxdur, bunu düşünməyin özü mənasızdır. Bəs bu, reket jurnalistikasının qarşısını alacaqmı? Hə, bax bu ayrı söhbətdir. Bu haqda ayrıca yazmaq lazımdır".

Tarix: 25 Fevral 2021, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin