BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA məlumat yaydı

Sabah - Xocalı soyqırımının 29-cu ildönümü günü Bakının Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə bağlı həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edəcək. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq. Dəyişiklik saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılana qədər davam edəcək.

Tarix: 25 Fevral 2021, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin