BURADA REKLAMINIZ OLA
BİLƏR

“Üçüncü Qarabağ müharibəsi başlasa, Ermənistan əlində qalan əraziləri də itirəcək”

“Ermənistanın 10 noyabr tarixli bəyanatdan imtina etməsi onların tamamilə məhvinə gətirib çıxarar”.

 

Bu barədə Pravda.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

Partiya sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci il 10 noyabr tarixli bəyanatı Ermənistanın xeyrinə olan bir bəyanatdır: “Çünki Rusiya bu bəyanat hesabına müharibəni yarımçıq dayandırdı, əks halda Azərbaycan Zəngəzuru, Göyçəni, o cümlədən Azərbaycanın qeyri-qanuni şəkildə Ermənistana verilən digər torpaqlarını da işğaldan azad edəcəkdi. Loru dildə desək, Rusiya Ermənistanın qanına girdi. Məhz bu baxımdan, 10 noyabr tarixli bəyanatdan imtina Ermənistanın məhvinə gətirib çıxarar. Belə olan halda, əgər üçüncü Qarabağ müharibəsi başlasa, Ermənistan əlində qalan ərazilərin də hamısını itirməyə məcbur olacaq. Ona görə də, mən bəyanatdan imtina olunacağını hesab etmirəm”.

 

S.Cəlaloğlunun fikrincə, düşmən ölkənin hazırki siyasi vəziyyəti Rusiyanın oyunlarıdır: “Ermənistanda xalqın maraqlarına uyğun ciddi proses getmir. Ümumiyyətlə, hakimiyyət dəyişmələri, adətən, hakimiyyəti dəyişmək istəyən qüvvələrin xeyrinə olur. İndiki halda Nikol Paşinyanın, yəni qanuni yolla hakimiyyətə gələn qüvvənin devrilməsi Ermənistanda elə bir hakimiyyətin yaranmasına gətirib çıxarar ki, bu, müharibə şəraitində olan ölkəni daha da zəiflədər, o cümlədən daha ciddi şəkildə Rusiyanın təsirinə məruz qoyar. Fikrimcə, bu hadisələri törədənlər ölkədəki bir qrup korrupsionerlərdir və onlar öz maraqlarını təmin etmək üçün bu cür addımlar atırlar”.


Nəzrin Cavid

Tarix: 25 Fevral 2021, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin