BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq genişləndirilməsi müzakirə olundu

Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş icraçı direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Nazirlikdən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

 

Tərəflər həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb edilməsi məsələsi, o cümlədən ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Tarix: 25 Fevral 2021, 18:24   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin