BURADA REKLAMINIZ OLA
BİLƏR

Büdcə zərfi Milli Məclisdə yenidən müzakirə ediləcək

Milli Məclisdə büdcə zərfinə daxil olan sənədlərin II və III oxunuşda müzakirə olunacağı tarix məlum olub.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər II oxunuşda noyabrın 26-da, sonuncu oxunuşda isə parlamentin noyabrın 29-da keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirə ediləcək.

 

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

 

Büdcə zərfinə daxil olan sənədlərin MM-də III oxunuşda müzakirə ediləcəyi tarix müəyyənləşib.

Tarix: 15 Noyabr 2019, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin