BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın Baş Qərargah rəisi ilə bağlı AÇIQLAMA

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan səlahiyyətlərinin icrasını davam etdirəcək".

Pravda.az xəbər verir ki, bunu Ermənistan Konstitusiyası məsələləri üzrə ekspert Vardan Ayvazyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

“Silahlı Qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Bunu prezident edir. İndi prezidentin elə bir sərəncamı yoxdur. Ona görə də həmin şəxslər öz vəzifələrində qalacaq. Demək olar ki, Silahlı Qüvvələr seytnot vəziyyətdədir”, - Ayvazyan deyib.

Onun sözlərinə görə, dövlət başçısının məsələ ilə bağlı qərar qəbul etməsi üçün üç gün vaxtı var. Ermənistan prezidenti Armen Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etməzsə, onda Nikol Paşinyanın qərarı qüvvəyə minəcək. O qeyd edib ki, Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir, başqa sözlə, məsələnin həlli üçün 8 gün var.

Xatırladaq ki, Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazirin qərarını ölkə prezidenti hələ imzalamayıb.

Report 

Tarix: 25 Fevral 2021, 19:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin