BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaşinqtonun mərkəzi ərazilərində Xocalı faciəsini əks etdirən lövhələr asıldı

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olub” (Khojaly was the largest massacre of Azerbaijani civilians) lövhələri asılıb.

Pravda.az-ın məlumatına görə, 25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ Ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir.

Lövhələr əsasən paytaxtın əsas nəqliyyat dayanacaqları və yol qovşaqlarında, şəhər sakinlərinin,

Qonaqların və turistlərin sıx olduğu yerlərdə yayımlanıb.

Fotoları təqdim edirik
Tarix: 26 Fevral 2021, 00:26   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin