BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: "Beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi, siyasi qiymət verilməyib"

“Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümünü yad edirik”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Xarici işlər naziri deyib ki, bu etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq, yaralar hələ də tam sağalmır: “Burada soyqırımı aktının qəddarlıqla törədilməsi, kütləvi insan ölümünə səbəb olması ilə yanaşı, bu soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməməsi də əhəmiyyətli rol oynayır. İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər. Dünyanın 17 ölkəsinin ali qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatında bu qətliam kəskin şəkildə pislənib, hərbi cinayət kimi səciyyələndirilib.

 

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası tərəfindən Xocalı soyqırımını kəskin pisləyən qətnamə və qərarlar qəbul edilib ”.

 

Bununla belə, C. Bayramov qeyd edib ki, beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi, siyasi qiymət verilməyib.

Tarix: 26 Fevral 2021, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin