BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə qətlə yetirilən şəxs tanınmış güləşçinin qardaşıdır - FOTO

İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.

 

E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

 

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.Report

Tarix: 10 Yanvar 2020, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin