BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?” – İlham Əliyev

“Düzünü deyim ki, əgər biz bütün istehsalçılarla razılaşma əldə etməsəydik, bu gün biz də vaksinsiz qalacaqdıq”.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

 

“Biz hələ bir neçə ay öncə “AstraZeneca”nı əldə etməli idik, “Sputnik”i əldə etmədik, COVAX üzrə “Pfizer”, “Moderna”nı əldə etmədik və bizə bunu nə vaxt əldə edə biləcəyimizi demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almağa vəsaitimiz də var. Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər? Demək, varlılar özlərini aşılayacaqlar, istehsalı özlərinə götürəcəklər, elementar insanlıq davranış normalarını rədd edəcəklər, bununla da, yoxsul ölkələr əziyyət çəkməlidir? Hansı bərabərlikdən danışa bilərik?”, - dövlət başçısı bildirib.

Tarix: 26 Fevral 2021, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin