BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Baş Komandandan Xankəndi ilə bağlı açıqlama

“Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi perspektivi də anlamaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

“Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”, - Prezident bildirib.

Tarix: 26 Fevral 2021, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin