BURADA REKLAMINIZ OLA
BİLƏR

Kremldən Qarabağla bağlı açıqlama

Ermənistanda baş verən hadisələr hələ ki, Dağlıq Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə təsir göstərməyib.

 

Pravda.az-ın xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İrəvandakı vəziyyətə görə Moskva Dağlıq Qarabağ razılaşmasının pozulmasına təhdid görürmü?” sualına cavab verərkən deyib.

 

“Xeyr, hələ ki, hər şey həyata keçirilir. Ermənistanda baş verən hadisələrə baxmayaraq, Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi yolunu tutmaq vacibdir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

 

APA

Tarix: 26 Fevral 2021, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin