BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırır"

“Xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətə razılaşıbsa, barışıbsa onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb. Mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

“Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırır. Heç bu mövzuya aidiyyatı olmayan beynəlxalq tədbirlərdə də hər dəfə bu məsələni qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. İkincisi, bu heç vaxt daxildə unudulmasın, heç vaxt məcburi köçkünlərdə ümidsizlik yaranmasın. Eyni zamanda cəmiyyətdə heç vaxt bu mövzu unudulmasın və bu mövzunu gündəlikdə saxlamaq hesab edirəm ki, vacib məsələdən biri idi. Güclü ordu olmasa heç bir münaqişə həll oluna bilməz. Və sən haqlı olmalısan”, - Prezident bildirib.

Tarix: 26 Fevral 2021, 14:48   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin