BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Şahinoğlu: “Prezident Ermənistan, Rusiya və ATƏT-in Minsk qrupuna mesaj verir ki…”

“Prezident Ermənistan, Rusiya və ATƏT-in Minsk Qrupuna mesaj verir ki, status məsələni bir daha gündəmə gətirməsinlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Prezident İlham Əliyevin bu gün keçirdiyi mətbuat konfransındakı çıxışı barədə Politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Qarabağda hələ də əlisilahlı seperatçılar var: “Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda status məsələsi yoxdur. Biz qələbə qazanmışıq və Azərbaycanın digər bölgələrinin statusu nədirsə, Qarabağın da statusu o olacaq. Bu, sadəcə olaraq, Ermənistan, Rusiya və ATƏT-in Minsk qrupuna mesajdır ki, məsələni bir daha gündəmə gətirməsinlər. Prezidentin Rusiya sülhməramlılarının icra etmədiyi işlər barədə qeydlərinə gəlincə isə, tikinti işlərinin aparılması, humanitar yardımlar, Ermənistana keçmiş Qarabağ ermənilərini köçürülməsi və s. məsələlər nəzərdə tutulur. Bəzən isə sərhəddən ürəyi istəyən adamların da keçə bilməsi narahatlıq doğurur”.

 

E.Şahinoğlu həmçinin qeyd edib ki, faktiki olaraq Ermənistan ordusu Qarabağda yoxdur: “Ermənistan, artıq öz gənclərini də Qarabağa hərbi xidmətə göndərmir. Bununla yanaşı, razılaşmaq lazımdır ki, həmin bölgələrdə hələ də əlisilahlı seperatçılar var, onlar tərksilah olunmalıdırlar. Hesab edirəm ki, biz bunu gələcəkdə Türkiyə ilə bərabər həyata keçirəcəyik”.


Nəzrin Cavid

Tarix: 26 Fevral 2021, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin