BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞBPİ: Avtobusundakı sərnişinin əlindəki tüfəng deyil, balıqçı alətidir - FOTO

Sosial şəbəkələrdə Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silahla hərəkət etdiyi iddia edilən şəxsin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən kimliyi müəyyən olunub.

 

Bu barədə Pravda.az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

 

Aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Somov Ruslan olması müəyyən olunub.

 

Məlumatda vurğulanıb ki, Baş İdarəyə dəvət olunan R. Somovun üzərində daşıdığı əşyanın hər hansı odlu silah yox, balıqçı aləti olması sübuta yetirilib.

Fotoları təqdim edirik
Tarix: 10 Yanvar 2020, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin