BURADA REKLAMINIZ OLA
BİLƏR

Niyam Salami: "Anamın ölüm günü mənim üçün yaxşı gündür"

Ana-bala cırışarsan, boğuşarsan. Elə insan yoxdur ki, anasını sevməsin. O, məni həmişə uşaq kimi danlayırdı. Danlayanım yoxdur indi.

 

Pravda.az-ın xəbərinə görə, bunu Niyam Salami ötən ay dünyasını dəyişən 77 yaşlı anası barədə danışarkən kövrələrək deyib.

 

Müğənni dostlarının həmin ərəfədə onu tək qoymadıqlarını bildirib: "Yaxşı dostlarım var. Allah yaxşı dostlara can sağlığı versin, dost hər yerdə lazımdı. Onların mənə nəyi lazım oldu ki?! Pis gündə... Yaxşı gündür e, mənim üçün şəxsən yaxşı gündür. Mən o günü yaxşı gün hesab edirəm. Elə insan var ki, ölər, heç basdıra bilməzsən. Yaxşı ana idi ki, mən onun dəfninə çata bildim".

Tarix: 10 Yanvar 2020, 20:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin