BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: "Dövlətin 0-3 yaşadək “uşaqpulu” vermək imkanı var"

“İstərdim, “uşaqpulu” 18 yaşadək olsun, amma söhbət imkandan gedir... Mən deyim ki, “18 yaşadək uşaqlara “uşaqpulu” verilməlidir”. Sosial şəbəkədə əl çalacaqlar. Bu, populizmdir, bizə lazım deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov qeyd edib ki, belə məsələlərdə reallıqdan çıxış etmək lazımdır: “Dövlətin gücünə uyğun addım atılmalıdır. Hesab edirəm ki, bir nömrəli məsələ Qarabağın bərpası ilə bağlı işlərdir. Düşünürəm, dövlətin 0-3 yaşadək “uşaqpulu” vermək imkanı var. Dövlət büdcəsində neftin qiyməti 40 dollardan hesablanıb. Hazırda neftin qiyməti 66-67 dollardır...”

Tarix: 28 Fevral 2021, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin