BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir jurnalistə vəzifə verildi - FOTO

Jurnalist Elmar Həbibli Xəzər TV-dəki işindən ayrılıb.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb E.Həbiblinin şirkətlərdən birində vəzifəyə təyin edilməsidir.

 

“12 il bərabər işlədiyin kollektivdən ayrılmaq asan olmur. Amma bəzən radikal qərarlar verməyə məcbur olursan. Bu gün Xəzər TV də sonuncu iş günüm idi. Qərarıma hörmətlə yanaşıb, "Yerin burda hər zaman qalacaq, nə zaman istəsən geri gəl və fəaliyyətinə davam et" deyən Xəzər TV-nin rəhbəri Murad Dadaşova, "Biz hər zaman sənə dəstək olmaqa hazırıq" - deyən Xəbərlər departamentinin rəhbəri İnqilab Məmmədova və ən əsası, mənə ailəm qədər yaxın olan bütün "Xəzər Xəbər" kollektivinə təşəkkür edirəm” – E.Həbibli qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 28 Fevral 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin