BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın Müdafiə Nazirliyi orduya çağırış etdi

Ermənistanın Müdafiə Nazirliyi ordunu siyasi proseslərə cəlb etməmək tələbi irəli sürüb.

Pravda.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yer alıb.

"Biz Silahlı Qüvvələr adından bəyanatlardan çəkinməyi, ordunu siyasi proseslərə cəlb etməməyi və ölkənin təhlükəsizliyini şəxsi maraqlara tabe etməməyi tələb edirik", - Müdafiə Nazirliyindən bildirib.

Bundan öncə yayılan məlumatda Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələrinin baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulduğu qeyd edilirdi.

  

Tarix: 28 Fevral 2021, 01:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin