BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın daha bir əsgəri minaya düşdü - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

 

Bu barədə Səhman Musayevin yaxınları məlumat verib.

 

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

 

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

Müdafiə Nazirliyindən isə "Qafqazinfo"ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.

 

Qafqazinfo

Fotoları təqdim edirik
Tarix: 28 Fevral 2021, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin