BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan Konstitusiya böhranına sürüklənəcək”

"Ermənistan prezidenti Armen Sərkisyanın indiki vəziyyəti "Arşın mal alan" filmindəki məşhur epizodu xatırladır, biri deyir "oxu", o biri deyir "oxuma". Ermənistandakı proseslərin necə inkişaf edəcəyi Armen Sərkisyandan asılıdır. O Paşinyana ikinci dəfə də «rədd» cavabı versə, Ermənistan Konstitusiya böhranına sürüklənəcək. Bu da Paşinyanı erkən parlament seçkisinə məcbur edə bilər".

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, bu, həll yolu olmayacaq: "Seçki kampaniyası Ermənistandakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək, böyük ehtimalla müxalifət seçkinin nəticələrini tanımayacaq və Gürcüstandakı parlament böhranı Ermənistanda təkrarlanacaq".

Tarix: 28 Fevral 2021, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin