BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın hərbi qulluqçusu təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak oldu - RƏSMİ

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.

 

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən  hərbi hissələrdən birində xidmət keçən  hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”

Tarix: 28 Fevral 2021, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin