BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: "Azərlotereya”nın Türkiyə şirkətinə verilməsi düzgün qərar deyil"

"Türkiyə şirkətlərinin yönətimi Azərbaycan dövlət şirkətlərindəkindən qat-qat yaxşıdır. Mənfəəti artırmaq üçün onlar daha bacarıqla işləyir. Amma "Azərlotereya" kimi yetərincə mənfəətli dövlət şirkətinin dünəndən etibarən onlara verilməsi heç düzgün qərar deyil".

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, insan təbiətindəki oyun həyacanına dövlət aşırı gəlir mənbəyi kimi baxmamalıdır: "Həmin hissin təbii səviyyəsindən dövlət müəyyən gəlir əldə edə bilirsə, bəsdir. İşi indinin Türkiyə şirkətinə tapşırmaq o deməkdir ki, bu sahə kapitalist məharəti ilə inkişaf etdiriləcək, cəmiyyətdə oyun həyacanına meyl güclənəcək, ailə büdcələri artan risklər yaşayacaq, vətəndaşın həm iqtisadi, həm də şəxsi inkişaf baxımından az səmərəli xərcləri artacaq. Türkiyə şirkətinə başqa sahəni verək, onu canavar kimi yuxarı dartsın".

Tarix: 28 Fevral 2021, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin