BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı

Cari tədris ilində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və internat məktəblərində, eləcə də ümumtəhsil müəssisələrində təhsilalanların sayı 6654 nəfər təşkil edir.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumatda qeyd olunub ki, sağlamlıq imkanları məhdud təhsilalanların 2270 nəfəri qız, 4384 nəfəri isə oğlandır.

 

2020/2021-ci tədris ilinin əvvəlinə sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 56071 nəfər təşkil edib.

 

Qeyd: Ümumi hesablamalara əsasən, sağlamlıq imkanları məhdud təxminən 40 min uşaq təhsildən kənarda qalır.

 

Nəzrin Cavid

Tarix: 28 Fevral 2021, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin