BURADA REKLAMINIZ OLA
BİLƏR

Goranboy sakini əmisi oğlunu bıçaqladı

Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.

 

Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

 

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 10 Yanvar 2020, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin