BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba Vəziroğlu: “İlk təbrik xeyirxahlıq mələyi Leyla Əliyevadan gəldi”

Bu gün şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 65 illik yubileyidir.

 

B.Vəziroğlu doğum günüylə bağlı təəssüratlarını bölüşüb:

 

“Səhər açılandan doğum günümə efirlərdəki verilişlərlə və dostların təbrikləriylə başlamışam. Axşam isə yeyib-içmək olacaq. Doğum günü heç olmazsa, ildə bir dəfə yeyib-içmək üçün bəhanədir.

 

Altmış beş illik yubileyimdir və bu yaşımda heç nədən heyfsilənmirəm və mənə elə gəlir ki, bunun heç bir mənası və faydası da yoxdur. Ümumiyyətlə, ahu-zar etməyi sevən adam deyiləm və optimist nəslin nüyəndəsi olan şairlərdənəm. Gələcəyə həmişə ümidlə baxıram və keçmişdə nəsə düzgün olmayıbsa, deyirəm ki, yəqin qismət beləymiş. Onsuz da həyat sən doğulandan istəyir ki, səni yıxsın, ağlatsın, incitsin. Gərək sən də buna meyl etməyəsən və həyatla mübarizə aparasan. Çünki həyat heç vaxt adamı yaxşı yerə aparmır, həmişə çalışır ki, səni incitsin. Elə bir kitabımın adı buna görə “Dünya dəyməz göz yaşına” adlanır.

 

Onu da vurğulayım ki, ilk təbrik mənə hələ dünən şair dostumuz, xeyirxahlıq mələyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadan gəldi. Buna görə çox sevindim və bilirsiniz ki, bizim yaradıcılıq əlaqələrimiz var, onun gözəl şeirlərini çevirib Azərbaycan oxucularına təqdim edirəm. Diqqətiniz üçün sizlərə də təşəkkür edirəm”.Moderator.az

Tarix: 10 Yanvar 2020, 23:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin