BURADA REKLAMINIZ OLA
BİLƏR

"Daha yaxşı gələcək qurmağa sadiqik" - Ceyhun Bayramov

Azərbaycan “Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.

 

Pravda.az-ın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı Tvitter hesabında paylaşım edib.

 

"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə və daha yaxşı gələcək qurmağa sadiqik", - nazir bildirib .

 

Qeyd edək ki,  BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i “Sıfır ayrı seçkilik” Günü elan edib. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulub.

 

Tarix: 1 Mart 2021, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin