BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kişi arvadını boğaraq öldürdü

Zərdabda kişi arvadını qətlə yetirib.

 

Pravda.az xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb. 

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

 

Faktla bağlı  Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.

 

APA

Tarix: 1 Mart 2021, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin