BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə vəziyyət tətbiq olundu – Məktəblər bağlanır, bölgələrə gediş-gəliş məhdudlaşdırılır

Finlandiya hökuməti COVID-19 vurusuna yoluxmalardakı artım ilə bağlı fövqəladə vəziyyət elan edib.

 

Pravda.az “Reuters”ə istinadən xəbər verir ki, artıq sərhədlərini bağlamış ölkədə həmin qərar çərçivəsində həmçinin məktəbləri bağlamaq, bölgələr arasında gediş-gəlişə məhdudiyyət gətirmək nəzərdə tutulur.

 

“Hökumət təmasları azaltmağın zəruri olduğu qənaətindədir. Hazırda hər kəs yazın və yayın necə dönəcəyinə təsir etmək üçün fürsətə malikdir”, - deyə baş nazir Sanna Marin mətbuat konfransında bildirib.

 

Avropada koronavirusdan az ziyan çəkmiş ölkələrdən olan Finlandiyada indiyədək 58.064 yoluxma, o cümlədən 742 ölüm hadisəsi qeydə alınıb. Hazırda xəstəxanalarda 210 nəfər koronavirus xəstəsi müalicə olunur.

 

Report

Tarix: 1 Mart 2021, 16:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin