BURADA REKLAMINIZ OLA
BİLƏR

Sultan vəfat etdi

Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.

 

Məlumata görə, sultanlığın rəhbəri dünən - yanvarın 10-da dünyasını dəyişib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb.

 

Qeyd edək ki, 2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.

 

Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi.

 

Xatırladaq ki, sultan son illər Almaniyada müalicə kursu keçirdi. Onun varisi yoxdur.

 

Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb, ölkə ərazisində bayraqlar 40 günlük endirilib.Report

Tarix: 11 Yanvar 2020, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin