BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pensiyaçılara sənəd veriblər ki…”

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsində yaşanan izdiham sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

Fotodan görünür ki, poliklinikada çox sayda insan var və sıxlıq koronavirusa yoluxmaq üçün münbit şərait yaradır.

 

Məsələ ilə bağlı klinikanın qəbul şöbəsindən Cebhe.info-ya bildirilib ki, bu barədə məlumatları var:

 

“Bu insanlar ağır xəstələrdir. Pensiya alırlar və bununla bağlı müayinədən keçirlər, yəni komissiya vaxtıdır. Biz insanları sıra ilə buraxmağa çalışırıq, lakin hamı “birinci mən gedəcəyəm” deyir və nəticədə bu cür görüntü yaranıb. Bu, bizdən asılı olan bir şey deyil, çünki rayonlardan hamıya kağız verib yola salıblar ki, gedin. Məsələ ilə bağlı, TƏBİB-ə də məlumat vermişik”.

Tarix: 1 Mart 2021, 22:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin