BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Qamət: “Kişi bibiqızı və ya xalaqızı ilə “WhatsApp”da danışmamalıdır” - VİDEO

“Qadın qohumlar kişiyə məhrəm sayıldığına görə onlardan biri ilə ailə həyatı qura bilər”.

 

Pravda.az xəbər verir ki, bunu kişinin öz qadın qohumları ilə internet vasitəsilə əlaqə saxlamasına münasibət bildirən “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov deyib.

 

Hacı Qamətə görə, qadın qohumlar kişiyə məhrəm sayıldığına görə onlardan biri ilə ailə həyatı qura bilər. Bu baxımdan, kişinin sosial şəbəkələr üzərindən öz qadın qohumları ilə ünsiyyət qurması düzgün deyil:

 

“Əmiqızı, xalaqızı və ya bibiqızı kişiyə məhrəm sayılır. Çalış, uzaq dayan. Çünki onlardan birini ala bilərsən. Buna görə də olmaz. Qadın salam versə, salamını almaq olar. Ancaq “WhatsApp”artıq şəxsidir. Lazım deyil”.

 

Yeniçağ

Tarix: 1 Mart 2021, 22:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin