Bakıda bir çox iri supermarketlərdə yaydan qalma dondurmalar satılır. Dondurmaların bəzilərinin üzərində istehsal tarixi yazılsa da, istifadə müddətinin başa çatdığı tarixi qeyd edilməyib. Bu dondurmalar əsasən Azərbaycanda istehsal edilənlərdir.
Hazırda mağazalarda yaydan qalan dondurmaların əksəriyyəti əzilmiş formadadır. Saxlanıldığı soyuducunun içərisindəki havanın dəfələrlə dəyişməsi nəticəsində dondurmalar neçə dəfə əriyib, yenidən bərkiyib. Bunu dondurmaları ələ götürən zaman açıq şəkildə hiss etmək olur. Ən pisi odur ki, dondurmalar bu kimi vəziyyətdə bəzən növbəti yay aylarına qədər saxlanılır və müştərilərə yenidən satılır. Ekspertlər bildirirlər ki, dondurmanın əriməsi və yenidən bərkiməsi orqanizm üçün ciddi fəsadlar verə bilər.
“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirib ki, bu cür dondurmaları yemək təhlükəlidir. Ekspert bildirib ki, fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yalnız qidaların təhlükəsizliyinə nəzarət edir. Qidanın keyfiyyətinə nəzarət isə kimsəni maraqlandırmır. E.Hüseynov söyləyib ki, əksər hallarda vaxtı keçmiş məhsullar yenidən istehlakçıya sırınır: “Konkret olaraq bu dondurmalara Azərbaycanda nəzarət edən yoxdur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də yarıcan işləyir. Ona görə də şübhəsiz ki, bu cür dondurmalar və digər bu kimi mallar insanların sağlamlıqlarında öz mənfi izlərini qoyurlar. Ümumiyyətlə, ölkədə vaxtı keçmiş malları məhv etmirlər. Hər gün on tonlarla malın yararlılıq müddəti keçir. Bəs bu məhsulların axırı necə olur? Bu sualı Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə ünvanlamışam. Ancaq cavab ala bilməmişəm. Görünən budur ki, həmin məhsullar yenidən istehlakçılara sırınır. Yəni bir nəzarət edən, prosesi həyata keçirən qurum yoxdur ki, məhsulları məhv edəndə bizi, kütləvi informasiya vasitələrinin nümayəndələrini çağırsınlar, camaat da bilsin ki, filan qədər vaxtı keçmiş məhsul məhv edildi”.
Mütəxəssislər qeyd edir ki, keyfiyyətli dondurmanın tərkibində mütləq süd, şəkər, kərə yağı, yumurta olmalıdır. Həmçinin dad və ətirverici maddələr, stabilləşdiricilər əlavə olunur. Əgər dondurmanı dilin üstündə qoyduqda acı dad verərsə, deməli, tərkibinə kərə deyil, marqarin, bitki yağı qatılıb. Dondurma süd məhsulu olduğu üçün onun tərkibinə ancaq kərə yağı vurulmalıdır. Yalnız bu halda dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verir, yəni yararlıdır.
Dondurma alarkən daha bir məqama diqqət etmək lazımdır - onun kağızına. Əgər dondurmanın kağızı əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Bu onu göstərir ki, dondurma bir dəfə əriyərək, yenidən dondurulub və bu da insan orqanizmi üçün təhlükəlidir və çirklənmiş məhsul hesab olunur.
Həmçinin dondurma ən yaxşı halda, - 18 dərəcə temperaturda 6 ay saxlanıla bilər. Lakin əgər məhsul satışa çıxarılırsa, tez bir zamanda satılmalıdır. Uzun müddət mağazaların soyuducularında qalan dondurmaların insanlarda mədə-bağırsaq xəstəlikləri yarada biləcəyi deyilir. Bununla bərabər dondurma üzərində qumabənzər köpüklü əlamət olmamalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlamalarının birində bildirib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır: “Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində indriqiyentlər mümkün qədər az və 40% süd olmalıdır.
Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda - 18°C-də saxlanılmalıdır.
17 Oktyabr 16:10
17 Oktyabr 15:33
17 Oktyabr 14:30
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
Ən son xəbərləri səhifəmizdən də izləyin